Gəncədə xanəndənin ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Gəncədə xanəndənin ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində xanəndənin ölümündə ittiham olunan Həbib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 Aprel , 2019 14:33
Gəncədə xanəndənin ölümündə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində xanəndənin ölümündə ittiham olunan Həbib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə Şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini H.Əliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən H.Əliyevin barəsində Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, öldürülən K.Yusifov toylarda xanəndə kimi çıxışlar edib. O, hadisə baş verən günü toydan qayıdarkən döyülüb.

Son xəbərlər

Orphus sistemi