Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb - YENİLƏNİB

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb - YENİLƏNİB Gəncədə valyutadəyişmə məntəqəsinin işçisini öldürən şəxs saxlanılıb.
Hadisə
261
11 Noyabr , 2019 11:30
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi bıçaqlanaraq öldürülüb - YENİLƏNİB

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisini öldürən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevi ürək nahiyəsindən bıçaqlayaraq öldürən şəxs, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Nicad Elçin oğlu Dajban polis tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hadisəyə qətldən bir müddət əvvəl tərəflərin idarə etdiyi avtomobillərin toqquşması nəticəsində yaranmış mübahisə səbəb olub.

Mübahisənin davamı olaraq Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində yerləşən köhnə maşın bazarı adlanan ərazinin qarşısında görüşən N.Dajban avtomobildə olan bıçaqla M.Əliyevin ürəyindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətlərdən ölüb.


*** 09:44

Gəncə şəhərində qətl hadisəsi törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədənin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Qətlə yetirilən 30 yaşlı Mirağa Əliyevin şəhərdəki valyutadəyişmə məntəqələrindən birində işlədiyi, onu şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən şadlıq sarayında keçirilən toydan çıxarkən sarayın yaxınlığında bıçaqlandığı və aldığı ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə ekspertizaya aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi