Gəncədə universitetdən oğurluq edən tələbələr saxlanılıblar - FOTO

Gəncədə universitetdən oğurluq edən tələbələr saxlanılıblar - FOTO Gəncə şəhərində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
29 Oktyabr , 2019 10:31
Gəncədə universitetdən oğurluq edən tələbələr saxlanılıblar - FOTO

Gəncə şəhərində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü kompyüter və bir ədəd “WiFi” cihazı oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri X. Əhmədov, İ.Məmmədov Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi