Yuxarı

Gəncədə top mərmisi aşkarlandı

​Gəncədə top mərmisi aşkarlandı

58

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 saylı şəhər xəstəxanasının yaxınlığındakı körpünün altında qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsi və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 mm-lik top mərmisi (F-533) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 80 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi