Gəncə. 22 dekabr.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.
Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur.
Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri "Seat Toledo" markalı avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır.
*** 21 dekabr, saat 23:05
Gəncə şəhərində iki piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə
Yaralılar qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Bakıda avtomobil piyadanı vuraraq öldürüb.