Yuxarı
    Bağlamaq

    Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

    Faktla bağlı araşdırma aparılır

    Gəncə. 21 aprel. REPORT.AZ/ Azərbaycan Texnologiya Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə aydınlıq gətirib. 

    Ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev "Report"a bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib. 

    O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib. 

    *** 17:52

    Gəncə şəhərində tələbə bıçaqlanıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Texnologiya Universitetinin tələbəsi - Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

    "Report"un əldə etdiyi məlumata görə, universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.

    Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi