Gəncədə təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırılıb, xəstə ölüb

Gəncədə təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırılıb, xəstə ölüb Çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib
Hadisə
16 mart 2017 10:05
Gəncədə təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırılıb, xəstə ölüb

Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Fövqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğın söndürən maşın çağırıblar. 

Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən "Report"un qərb bürosuna verilən məlumata görə, çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib. 

Daha sonra çağırışın səhv olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Son xəbərlər

Orphus sistemi