Gəncədə sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb

Gəncədə sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb "Report"un Qərb bürosunun məlumatına görə, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Hadisə
9 İyun , 2023 10:27
Gəncədə sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.

Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi