Gəncədə su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb - FOTO - YENİLƏNİB

Gəncədə su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb - FOTO - YENİLƏNİB Selcan Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir
Hadisə
242
27 Mart , 2018 14:36
Gəncədə su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb - FOTO - YENİLƏNİB
"Report"

Gəncə. 27 mart. REPORT.AZ/ Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, Selcan Ağayevanın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. 


***19:03

Gəncə. 24 mart. REPORT.AZ/ Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında 5 yaşlı qız batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağayeva Selcana məxsus mobil telefonun kanalda aşkarlanması səbəbindən onun batdığı ehtimal edilir.

Onun nitq qüsurlu olduğu bildirilir. S.Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi