Gəncədə silah-sursat tapılıb

Gəncədə silah-sursat tapılıb Əvvəllər məhkum olunmuş Xəqani Zeynalovun evindən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, sandıqca və 3 ədəd güllə aşkarlanaraq götürülüb
Hadisə
2 Yanvar , 2016 12:29
Gəncədə silah-sursat tapılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Zeynalov Xəqani Əsgər oğlu Gəncə şəhər Atatürk prospektində şübhəli şəxs kimi saxlanılıb. 

"Report"un məlumatına görə, şöbədə onun üzərinə baxış keçirildiyi zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb.

Əvvəllər də Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə məhkumluq həyatı yaşamış X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən, evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, üzərində olan sandıqca və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.

Bundan başqa Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlalov Xaliq Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.

X.Cəlalov əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi