Gəncədə sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb

Gəncədə sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb
Hadisə
1541
13 Yanvar , 2017 23:53
Gəncədə sərxoş sürücü qəza törədib, 1 nəfər yaralanıb

Gəncə. 13 yanvar. REPORT.AZ/ Gəncə şəhərinin Heydər Əliyev prospektində sərxoş sürücü qəza törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü şəhər sakini Mahmudov Adil Nəcəf oğlunun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn maşınla toqquşub.

Nəticədə A.Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə köçürülən yaralının vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi