Gəncədə sərxoş şəxs xəstəxanada tibb işçilərinə hücum edib

Gəncədə sərxoş şəxs xəstəxanada tibb işçilərinə hücum edib Sözügedən şəxs burnu sınıq halda xəstəxananı tərk edib
Hadisə
1 yanvar 2017 18:37
Gəncədə sərxoş şəxs xəstəxanada tibb işçilərinə hücum edib

Gəncə. 1 yanvar. REPORT.AZ / Gəncədə yıxılaraq burnunu sındıran sərxoş şəxs yerləşdirildiyi xəstəxananın tibb işçilərinə çətin anlar yaşadıb.

"Report"un qərb bürosunun məlumatına görə, yeni il bayramını dostları ilə qeyd edən Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəsirov Oktay Surxay oğlu sərxoş halda yığıncaq yerindən çıxdıqdan sonra küçədə yıxılaraq burnunu sındırıb.

Yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya aparılan O.Nəsirov ona ilkin tibbi yardım göstərmək istəyən tibb işçılərinə çətin anlar yaşadıb. Belə ki, sərxoş şəxs heç bir tibbi yardım istəmədiyini dostlarının yanına qayıtmaq istədiyini bildirib.

O. Nəsirov xəstəxanaya gələn yaxınları ilə də mübahisə edib və burnu sınıq halda xəstəxananı tərk edib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi