Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır
Hadisə
30 İyun , 2017 10:39
Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Gəncə. 30 iyun. REPORT.AZ/ Gəncədə 6 nömrəli xətt üzrə işləyən marşrut avtobusu qəzaya düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bala Bağman qəsəbəsində baş verib. 

Belə ki, "Hyundai" markalı sərnişin avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan üç sərnişin və yük maşınının sürücüsü xəsarət alıb. 

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi