Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB

Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
7 Noyabr , 2018 16:33
Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB
0 : 00
0 : 00

Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, iki qardaş - 1976-cı il təvəllüdlü Natiq Əhmədov və 1978-ci il təvəllüdlü Fədail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hər iki qardaşın vəziyyətinin orta-ağır olduğu bildirilir.


***12:19

Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib. 

Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.  Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi