Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
9 İyun , 2017 20:19
Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
Courtesy İmage

Gəncə. 9 iyun. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib. 

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İzusu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi