Yuxarı

Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb

​Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb

Gəncə şəhərinin Gülüstan qəsəbəsində ev yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə qəsəbədə məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, 1941-ci il təvəllüdlü Köçəri Nəriman oğlu Ağalarovaya məxsus evdə baş verib.

Nəticədə ümümi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və evin tavanının 10 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhərindən ümumilikdə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğını ev sahibinin ruhi xəstəlikdən əziyyət çəkən oğlu C.Ağalarovun törətdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi