​Gəncədə ruhi xəstə dayısı qızını bıçaqlayıb

​Gəncədə ruhi xəstə dayısı qızını bıçaqlayıb Yaralının vəziyyəti orta ağırdır
Hadisə
21 İyul , 2016 22:05
​Gəncədə ruhi xəstə dayısı qızını bıçaqlayıb

Gəncə. 21 iyul. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, 61 yaşlı yerli sakin Sevil Hüseynova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəstənin yaxınlarının dediyinə görə, S.Hüseynovanı ruhi xəstə olan bibisi oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi