Gəncədə qumbara tapılıb

Gəncədə qumbara tapılıb Bakı. 24 yanvar. REPORT.AZ/ Gəncə şəhərində qumbara tapılıb.
Hadisə
24 Yanvar , 2019 18:30
Gəncədə qumbara tapılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Gəncə şəhərində qumbara tapılıb. 

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, 2019-cu il yanvarın 24-ü saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 119B nömrəli binanın dam örtüyünə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 910 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi