Gəncədə qətl törədərək qaçan şəxs YPX postunda saxlanılıb - YENİLƏNİB

Gəncədə qətl törədərək qaçan şəxs YPX postunda saxlanılıb - YENİLƏNİB Gəncə. 26 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb.
Hadisə
26 Dekabr , 2018 11:36
Gəncədə qətl törədərək qaçan şəxs YPX postunda saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Gəncə. 26 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədi ilə saxlanılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.


 *** 23:46

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirldiyi xəstəxanada ölüb. 

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi