Gəncədə qətl törədən şəxs saxlanılıb

Gəncədə qətl törədən şəxs saxlanılıb Gəncədə qətl törədən şəxs saxlanılıb.
Hadisə
23 Oktyabr , 2019 12:33
Gəncədə qətl törədən şəxs saxlanılıb

Gəncədə qətl törədən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi