Gəncədə "Qazel" beton maneəyə çırpılıb, 1 nəfər yaralanıb

Gəncədə "Qazel" beton maneəyə çırpılıb, 1 nəfər yaralanıb Qəzaya yüksək sürət səbəb olub
Hadisə
28 Avqust , 2016 08:04
Gəncədə Qazel beton maneəyə çırpılıb, 1 nəfər yaralanıb

Gəncə. 28 avqust. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəhər sakini Səbuhi Nağıyev idarə etdiyi "Qazel" markalı avtomobil ilə Zülfü Hacıyev küçəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Baş vermiş avtoqəzanın dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi