Gəncədə qayınata və qayınana kürəkəni döyüb

Gəncədə qayınata və qayınana kürəkəni döyüb Davada kişinin qaynı da iştirak edib
Hadisə
7 Sentyabr , 2018 00:56
Gəncədə qayınata və qayınana kürəkəni döyüb

Gəncə. 7 avqust. REPORT.AZ/ Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərmanov Səbuhi Sənani oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

S.Fərmanovun dediyinə görə, o, həyat yoldaşının valideynələri və qaynı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi