Gəncədə qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirilib - FOTO

Gəncədə qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirilib - FOTO Növbəti günlərdə mikroavtobuslarda maye qazdan istifadə hallarına qarşı reydlər keçiriləcək
Hadisə
23 Sentyabr , 2015 16:30
Gəncədə qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirilib - FOTO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin əməkdaşları Gəncədə şəhərdaxili ictimai nəqliyyatda qaydalara əməl etməyən və qanunsuz olaraq taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirib. "Report" xəbər verir ki, aparılan yoxlamalar zamanı bir çox sürücünün vahid geyim formasından istifadə etmədiyi, avtomobili natəmiz saxladığı, nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi məlum olub.

DANX-nin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib ki, keçirilən reydlər zamanı 4 nəqliyyat vasitəsinin sürücüsünə qarşı inzibati qaydada protokol tərtib olunub: "3 nəqliyyat vasitəsi isə xətdən uzaqlaşdırılıb. Bundan başqa, 7 nəqliyyat vasitəsi çirkli olduğundan, təmizlənməsi üçün müvəqqəti olaraq xətdən çıxarılıb".

Qeyd edək ki, növbəti günlərdə mikroavtobuslarda benzin əvəzinə, maye qazdan istifadə hallarına qarşı da reydlər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi