Gəncədə keçmiş məhkumlardan narkotik götürülüb

Gəncədə keçmiş məhkumlardan narkotik götürülüb Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmu
Hadisə
14 Avqust , 2021 10:14
Gəncədə keçmiş məhkumlardan narkotik götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qurban Sadıqov saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərk götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılaraq Kəpəz RPİ-nə gətirilib. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar olunub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi