Yuxarı

Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasının təfərrüatı məlum oldu

​Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasının təfərrüatları m

6095

Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasına tərəflər arasında yaranmış mübahisə səbəb olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, aprelin 4-də axşam saatlarında Gəncə şəhər Zərrabi küçəsi 631 ünvanındakı ata evində yaşayan 34 yaşlı Könül Abbasova keçmiş həyat yoldaşı Simon Abbasovun ona od vurması nəticəsində yanıq xəsarətləri alıb.

Belə ki, uzun müddətdir, ayrı yaşayan tərəflər arasında boşanma məhkəməsi səbəbindən mübahisə yaranıb.

Bu zaman S.Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini K.Abbasovun üzərinə tökərək ona od vurub. Bu zaman qadının yaxınları onun paltarını söndürüblər.

Müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan K.Abbasova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

S.Abbasov hadisəni törətdikdən sonra qaçıb. Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi