Gəncədə qadının 2 min manatlıq telefonunu oğurlayan şəxs tutulub

Gəncədə qadının 2 min manatlıq telefonunu oğurlayan şəxs tutulub Gəncə şəhər sakini martın 18-də şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib
Hadisə
19 Mart , 2021 12:27
Gəncədə qadının 2 min manatlıq telefonunu oğurlayan şəxs tutulub

Polisə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata förə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi