Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb

Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Hadisə
649
19 Sentyabr , 2021 20:35
Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb

Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib.

Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının pəncərənin şüşəsini silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi