Gəncədə vurularaq öldürülən qadın piyada orta məktəb müəlliməsi olub - FOTO - YENİLƏNİB

Gəncədə vurularaq öldürülən qadın piyada orta məktəb müəlliməsi olub - FOTO - YENİLƏNİB Sürücü saxlanılıb
Hadisə
5 İyun , 2017 23:20

Gəncə. 5 iyun. REPORT.AZ/ Axşam saatlarında Gəncədə vurulan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bu, 7 saylı orta məktəbin müəlliməsi, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızıdır.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, "Lada Priora" markalı avtomobili Vasif adlı sürücü idarə edib və maşın yüksək sürətlə hərəkətdə olub. Sürücü polis tərəfindən saxlanılıb.

***22:09

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hazırda şəxsiyyəti, hələ ki, bilinməyən qadın yolu keçmək istəyən zaman "Lada Pirora" markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi