Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, mayın 16-da səhər saatlarında Samux rayon sakini, 1992-ci il təvəllüdlü Turqut Əlizadə idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Ölən piyadanın kimliyi isə dəqiqləşdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.