Gəncədə qadın işlədiyi marketdə əri tərəfindən bıçaqlanıb

Gəncədə qadın işlədiyi marketdə əri tərəfindən bıçaqlanıb Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir
Hadisə
162
19 Dekabr , 2017 21:31
Gəncədə qadın işlədiyi marketdə əri tərəfindən bıçaqlanıb

Gəncə. 19 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin məlumatlara görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1999-cü il təvəllüdlü Quliyeva Sevinc Telman qızı çalışdığı marketdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin ağır olduğu bildirilir.

Onların bir övlad sahibi olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi