Gəncədə qadın dərinliyi 3 m olan çay sahilinə yıxılaraq xəsarət alıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.