Yuxarı
    Bağlamaq

    Gəncədə qadın bıçaqla qətlə yetirilib

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma baş verib. "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə dekabrın 7-də Nizami (Gəncə) rayonu ərazisində qeydə alınıb. 

    Belə ki, Gəncə şəhər sakini Səadət Verdiyeva bıçaqla qətlə yetirilib. 

    Polis və prokurorluq orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı qətli törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunan Famil Məmmədov tutulub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi