Gəncədə qadın avtobusdan yıxılıb

Gəncədə qadın avtobusdan yıxılıb Yaxınları qadının düşərkən mikroavtobus hərəkət etdiyi üçün yıxıldığını iddia edirlər
Hadisə
11 Aprel , 2017 22:22
Gəncədə qadın avtobusdan yıxılıb

Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində marşrut avtobusdan düşmək istəyən qadın yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, 33 saylı xətt üzrə işləyən mikroavtobusun sərnişini, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənova Gilaxanım düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Yaxınlarının dediyinə görə, o, mikroavtobusdan düşmək istəyən zaman maşın hərəkət etdiyi üçün yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi