Yuxarı
    Bağlamaq

    Gəncədə qadın ailə münaqişəsi zəminində kimyəvi məhlul içib

    Zərərçəkənin həyatını xilas etmək mümkün olub

    Gəncə. 7 noyabr. REPORT.AZ/ Axşam saatlarında Gəncədə 30 yaşlı qadın intihara cəhd edib.

    "Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Musazadə Elnada Bayram qızı ailə münaqişəsi zəminində kimyəvi məhlul içərək özünə sui-qəsd edib.

    Bundan xəbər tutan yaxınları zərərçəkəni dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar. Həkimlərin müdaxiləsindən sonra Reanimasiya şöbəsinə yerləşdirilən E.Musazadənin vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi