Gəncədə problemi olan yaşlı qadın intihara cəhd edib

Gəncədə problemi olan yaşlı qadın intihara cəhd edib O, müxtəlif dərman preparatları içib
Hadisə
11 İyun , 2017 11:54
Gəncədə problemi olan yaşlı qadın intihara cəhd edib

Gəncə. 11 iyun. REPORT.AZ/ Gəncədə intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Dursun Böyükağa qızı Məmmədova yaşadığı evdə müxtəlif dərman preparatları içərək zəhərlənib.

Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hadisənin şəxsi problemlər zəminində baş verdiyi bildirilir.

Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi