Gəncə. 27 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən rayonu, 1958-ci il təvəllüdlü Quşçu kənd sakini Sadıqov Vaqif Təhməz oğlu "Poçt" qəsəbəsi deyilən ərazidə yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə həmin avtomobilin sürücüsü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.