Gəncə. 5 iyul.
"Report"un Qərb bürosunun məlumatına görə, Nizami prospektində yerləşən Şəmkir Avtovağzalının qarşısında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Rzayev Həsən Əli oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü, 1985-ci il təvəllüdlü Abdullayev Abil İbayə oğlu isə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.