Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Mart , 2019 22:50
Gəncədə piyadanı maşın vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü Muradov Hikmət Məhəmmədəli oğlu şəhərin Atatürk prospektində yolu keçərkən onu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi