Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub Gəncə. 12 avqust. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Avqust , 2018 11:52
Gəncədə piyadanı maşın vurub

Gəncə. 12 avqust. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü İsgəndər İsgəndərov Yeni Gəncə qəsəbəsindəki marketlərdən birinin önündən qarşı tərəfə keçərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi