Gəncə. 29 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yaşlı kişi avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 1956-cı il təvəllüdlü Etibar Qiyas oğlu Allahverdiyev şəhərin Cavad Xan qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.
Yaralı qəzanı törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan daha sonra şəhərdəki özəl xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Bakıda avtomobil piyadanı vuraraq öldürüb.