Gəncədə piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı Sahib adlı piyadanı avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.