Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub Gəncə şəhərində piyadanı avtomobil vurub.
Hadisə
23 Mart , 2019 11:57
Gəncədə piyadanı avtomobil vurub

Gəncə şəhərində piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 5 nömrəli orta məktəbin qarşısında qeydə alınıb. 

Belə ki, 2003-cü il təvəllüdlü Tural Turab oğlu Nəsibovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ancaq daha sonra başqa bir səhiyyə müəssisəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi