Gəncədə piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
20 Mart , 2019 23:32
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 43 yaşlı Asif İsmayılov  yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 21:34

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə "VAZ" markalı avtomobilı yolu keçmək istəyən orta yaşlı kişini vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasiyasının həkim briqadası cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi