Gəncədə maşının vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Gəncədə maşının vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Gəncə şəhərində Mercedes markalı avtomobil tərəfindən vurularaq ölən piyadanın şəxsiyyəti müəyyənləşib.
Hadisə
12 Mart , 2019 00:27
Gəncədə maşının vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Gəncə şəhərində "Mercedes" markalı avtomobil tərəfindən vurularaq ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosu xəbər verir ki, bu, 1952-ci il təvəllüdlü Əli Məmmədovdur.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən marketlərdən birinin önündə baş verib.


***11 Mart/22:59

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.

Son xəbərlər

Orphus sistemi