Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Yol-nəqliyyat hadisəsində ölən piyadanın şəxsiyyəti məlum olub
Hadisə
4 İyun , 2017 00:06
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Courtesy İmage

Gəncə. 4 iyun. REPORT.AZ/ Gəncədə baş vermiş yol-nəqliyyat hadisəsində ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Vəliyev Mayisdir.

Qeyd edək ki, hadisə hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, M.Vəliyev yolu keçmək istəyərkən "Range Rover" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət almış piyada hadisə yerindəcə keçinib.

Fakt Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılır.


***23:34

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, şəxsiyyəti hələlik məlum olmayan piyada yolu keçmək istəyən zaman "Range Rover" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət almış piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi