Gəncədə orta yaşlı kişini avtomobil vurub

Gəncədə orta yaşlı kişini avtomobil vurub Gəncə. 17 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
17 Dekabr , 2018 22:52
Gəncədə orta yaşlı kişini avtomobil vurub

Gəncə. 17 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü yerli sakin Azər Mehdiyev 16 saylı orta məktəbin önündə yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qusarda avtomobil piyadanı vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi