Gəncədə orta yaşlı kişi intihara cəhd edib

Gəncədə orta yaşlı kişi intihara cəhd edib O, müxtəlif dərmanlar qəbul edərək zəhərlənib
Hadisə
10 İyun , 2018 09:11
Gəncədə orta yaşlı kişi intihara cəhd edib

Gəncə. 10 iyun. REPORT.AZ/ Gəncə şəhər sakini intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vəliyev Cavanşır Həmid oğlu yaşadığı evdə qəbul etdiyi müxtəlif dərmanlardan zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Qohumlarının bildirdiyinə görə, psixoloji problemləri olan C.Vəliyev özünü zəhərləyərək öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi