Gəncə. 13 fevral. REPORT.AZ/ Gəncə şəhərində 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bu, 2001-ci il təvəllüdlü Tural İsmayıl oğlu Tağıyevdir.
Hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilən şəxsin Gəncə şəhər 7 nömrəli orta məktəbin şagirdi olduğu bildirilsə də, məktəbin direktoru Sevda Sadıqova onun rəhbərlik etdiyi məktəbdə həmin adda şagirdin oxumadığını bildirib.
Qeyd edək ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində, "Dubay bazarı" ərazisinə yaxın yerdə ürək nahiyəsindən bir bıçaq yarası alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.