Gəncədə oğurluq edən şəxslər tutulub

Gəncədə oğurluq edən şəxslər tutulub Faktla bağlı aradırmalara başalanılıb
Hadisə
27 Dekabr , 2016 11:27
Gəncədə oğurluq edən şəxslər tutulub

Gəncə. 27 dekabr. REPORT.AZ/ Gəncə şəhərində ev quşları oğurlanıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində yaşayan Əlövsət Musayevin fərdi təsərrüfatında baş verib. 

Belə ki, naməlum şəxslər həyətyanı sahədə olan 38 ev quşunu oğurlayıblar.

Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ev quşlarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Murad Hüseynov və İlkin Cəfərov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi