Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncədə oğurluq edən şəxslər saxlanılıb Gəncədə oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
15 İyun , 2019 12:51
Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncədə oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 ABŞ dolları nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi